"Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində işləyirik" - Zaxarova

   "Cənubi Qafqazda nəqliyyat yollarının açılması istiqamətində işləyirik" -    Zaxarova
  09 Dekabr 2021    Oxunub:842
Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz sərhəd məsələlərinin həlli, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində işləyirik.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O bildirib ki, tərəflərin xahişi və Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycan, Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılması vacibdir:

"Rusiya delimitasiya və demarkasiya ilə bağlı iki ölkənin nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyir. Üçtərəfli işçi qrupu çərçivəsində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması istiqamətində səylər davam edir".

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  



Xəbər lenti