"Azərbaycan və Ermənistan liderləri arasında təmaslar davam etməlidir" - Rusiya XİN

   "Azərbaycan və Ermənistan liderləri arasında təmaslar davam etməlidir" -    Rusiya XİN
  09 Dekabr 2021    Oxunub:1015
“İki ölkə liderləri arasında dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş nəticəsində üçtərəfli razılaşmaların reallaşdırılmasına sadiqliyin ifadə olunacağına ümidvarıq”
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq. Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasların davam etməsini vacib hesab edirik və həqiqətən də hesab edirik ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün yekununda üçtərəfəli razılaşmaların reallaşdırılmasına sadiqlik ifadə olunacaq", - deyə o bildirib.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   Rusiya  



Xəbər lenti