Gələn il Bakıda XI Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

   Gələn il Bakıda XI Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək
  09 Dekabr 2021    Oxunub:772
XI Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. O bildirib ki, digər ölkələrlə, xüsusilə də Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət verilir:

"Rusiyanın 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir. Onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir. Rusiya-Azərbaycan regionlararası forumu kifayət qədər tələb olunan məkandır. Gələn il on birincisi olacaq bu tədbir Azərbaycanda keçirilməlidir".

M.Zaxarova qeyd edib ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Azərbaycana səfəri uğurlu keçib:

"Bakıda Həştərxan iş mərkəzinin açılış mərasimi keçirilib. Səfərin yekununda Həştərxan vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb".

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Forum  



Xəbər lenti