Penitensiar xidmət Saleh Rüstəmovla bağlı açıqlama yaydı
Məhkum S.Rüstəmov Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutları və hüquq müdafiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ofisinin nümayəndələri tərəfindən də qəbul edilərək onunla izahedici söhbətlər aparılıb.
Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda respublikada səfərdə olan türkiyəli psixoloqların S.Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib.
S.Rüstəmova həmçinin 07.12.2021-ci il tarixdə Azərbaycan Tibb Univerisitetinin professoru tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib".
AzVision.az
Teqlər: PentensiarXidmət







Vaxtında, Aydın, Lazımlı!


