Meksikada ağır yol qəzası: 53 nəfər ölüb

Meksikada ağır yol qəzası:    53 nəfər ölüb
  10 Dekabr 2021    Oxunub:598
Meksikanın Çiapas ştatında baş verən yol qəzasında 53 nəfər ölüb, 58 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Noticias MVS radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, onlarla miqrantı daşıyan qoşqulu yük avtomobili istinad divarına çırpılaraq aşıb, bəzi insanlar qoşqudan düşüb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador həlak olan əcnəbilərin ailələrinə və yaxınlarına başsağlığı verib və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Bunun üçün bölgəyə mülki müdafiə qüvvələrinin milli koordinatoru Laura Velaskesin rəhbərlik etdiyi işçi qrup göndərilib.

İlkin məlumatlara görə, Qvatemala və Hondurasdan olan miqrantlar ABŞ-la sərhədə gedirmiş.

AzVision.az


Teqlər: Meksika  



Xəbər lenti