Bu gün Moskvada “3+3” formatında ilk görüş keçiriləcək

   Bu gün Moskvada  “3+3” formatında ilk görüş  keçiriləcək
  10 Dekabr 2021    Oxunub:2177
Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında ilk iclas keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasda qeyd edilən ölkələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaqlar.

Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Xatırladaq ki, dünən Gürcüstan XİN yaydığı bəyanatda "3+3” formatında iştirak etməyəcəyini açıqlayıb.

“Altılıq” ölkələrinin regional platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.


Pərvanə Sultanova
AzVision.az



Teqlər: Altılıq-formatı  



Xəbər lenti