Ermənistanda aksiya iştirakçıları XİN-in binasına soxulublar

 Ermənistanda aksiya iştirakçıları XİN-in binasına soxulublar
  10 Dekabr 2021    Oxunub:1181
Ermənistanda "Azadlıq" hərəkatının üzvləri etiraz aksiyası keçirirlər.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Xarici İşlər Nazirliyinin binasına daxil olublar.

Polis və təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb edilib.

“Azadlıq” hərəkatının nümayəndəsi, Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zöhrabyanın bildirib ki, onlar xarici işlər naziri Ararat Mirzoyan və ya onun müavini ilə görüş tələb edirlər.

"Biz suallarımıza rəsmi cavab verilməsini istəyirik. Xarici işlər naziri və ya onun müavini ilə görüş tələb edirik", - Zöhrabyan deyib.

Onun sözlərinə görə, bugünkü aksiyaya səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın parlament tribunasından son açıqlamalarıdır. Zöhrabyan vurğulayıb ki, indiki hakimiyyət, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyan ölkənin maraqlarını müdafiə etməyə hazır deyil.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Ermənistan   aksiya  



Xəbər lenti