Ermənistanda virusdan daha 20 nəfər öldü

Ermənistanda virusdan daha 20 nəfər öldü
  10 Dekabr 2021    Oxunub:628
Ermənistanda son sutka ərzində daha 347 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 342 115 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 20 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 767-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1464 nəfərdir. Aktiv xəstələrin sayı 8 652 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti