Avropa İttifaqı genişlənmək mövzusundan qaçır
Qarşıdakı sammitin yekun bəyantının layihəsinə görə, Avropa İttifaqı şərq tərəfdaşlarının avropaya yönəlik seçimlərini alqışlayır. Gürcüstan, Moldova və Ukraynanın bazar iqtisadiyyatı islahatlarını sürətləndirmək və Avropa İttifaqına daxil olmaq səylərinə baxmayaraq, “Şərq Tərəfdaşlığı”nın 2017-ci ildə keçirilmiş sammitinin yekun bəyanatında da belə ehtiyatlı ritorika seçilmişdi. Yeri gəlmişkən, Gürcüstan və Ukrayna nə vaxtsa NATO-ya üzv olmağa da can atırlar. Lakin miqrasiyaya qarşı siyasi düşmənçilik əhval-ruhiyyəsi gücləndiyindən Avropa İttifaqı genişlənmək fikrində deyil.
Hazırda yalnız Balkanlarda yerləşən 6 ölkənin – Serbiya, Kosovo, Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Şimali Makedoniya – formal olaraq Avropa “perspektivi” var.
Qarşıdakı sammitin yekun bəyanatının “dinc şəkildə demokratiyaya keçid üçün zəruri olan şərtlər yaradılan kimi” gələcəkdə Belarusla da münasibətlərin yaxşılaşdırılmasına imkanlar açacağı istisna edilmir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Avropaİttifaqı ŞərqTərəfdaşlığı