"Türkiyə yeni qaçqın yükünü daşıya bilməz" - Ərdoğan

   "Türkiyə yeni qaçqın yükünü daşıya bilməz" -    Ərdoğan
  10 Dekabr 2021    Oxunub:960
"Türkiyə Əfqanıstan xalqına əlindən gələn dəstəyi və yardımı göstərir. Hər kəsi çətin duruma düşmüş əfqan qardaşlarımıza humanitar yardım göstərməyə çağırıram".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 16-cı konfransının açılış mərasimində deyib.

"Bizim istəyimiz Əfqanıstanda davamlı sülhə nail olmaqdır. Hazırkı çətin qış şəraitində əfqan qardaş və bacılarımıza humanitar yardımın davam etdirilməsi prioritet məsələdir. Əfqanıstanın yenidən xaosa, münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün səylərimizi davam etdiririk", - Ərdoğan vurğulayıb.

Türkiyə lideri islam dünyasını humanitar yardımların göstərilməsində daha aktiv olmağa çağırıb. Əlavə edib ki, Əfqanıstanda gedən proseslər miqrasiya riskini artırıb: "Hazırda Türkiyə 3,6 milyonu Suriyadan gələnlər olmaqla, 5 milyon əcnəbiyə ev sahibliyi edir. Yeni qaçqın yükünü daşıya bilmərik".

Türkiyə lideri əlavə edib ki, miqrant və qaçqın məsələsində yükü səsi ucadan çıxan Qərb ölkələri deyil, böhrana yaxın olan Türkiyə kimi dövlətlər çəkir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rəcəb-Tayyib-Ərdoğan  



Xəbər lenti