Ermənistan XİN-in binasına soxulan 13 nəfər saxlanılıb

   Ermənistan XİN-in binasına soxulan 13 nəfər saxlanılıb
  10 Dekabr 2021    Oxunub:1018
Ermənistan Xarici İşlər Nazirliyinin binasında “Azadlıq” hərəkatının təşkil etdiyi etiraz aksiyasının 13 iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər “Azadlıq" hərəkatı”nın nümayəndələri Xarici İşlər Nazirliyinin binasına soxularaq nazir Ararat Mirzoyan və ya onun müavini ilə görüş tələb ediblər. Onlar Azərbaycanla aparılan proseslərə dair bəzi suallarının olduğunu deyiblər. Etirazçılarla heç kim görüşməyib. Polis onları binadan uzaqlaşdırıb.

"Biz suallarımıza rəsmi cavab verilməsini istəyirik. Xarici işlər naziri və ya onun müavini ilə görüş tələb edirik", - hərəkatının nümayəndəsi, Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zöhrabyanın deyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan   aksiya  



Xəbər lenti