"Borclu qazanxanalara qaz verilişi dekabrın 15-dən dayandırılacaq" - Azəriqaz

   "Borclu qazanxanalara qaz verilişi dekabrın 15-dən dayandırılacaq" -    Azəriqaz
  10 Dekabr 2021    Oxunub:673
"Bu ilin 11 ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi "Azərkontrakt" ASC-dən alınan təbii qazın dəyəri 100 faiz ödənilib".
AzVision.az xəbər verir ki, bunu “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında deyib. O bildirib ki, təbii qaza görə 575,35 milyon manat odəniş edilib.

R.Əliyev qeyd edib ki, dövlət tərəfindən“Azəristiliktəchizat”a borcu qaytarmaq üçün 12 milyon manat ayrılıb. "Lakin onların bizə olan borcu 20 milyon manat təşkil edir. Ona görə borclu qazanxanalar üzrə qaz verilişi dekabr ayının 15-dən dayandırılacaq”,

AzVision.az


Teqlər: Təbiiqaz  



Xəbər lenti