Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi Şurasına dəvət edib

   Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi Şurasına dəvət edib
  10 Dekabr 2021    Oxunub:1573
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasında (AAİŞ) müşahidəçi statusunda dəvət olunmasını təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə Nazarbayev qurumun onlayn formatda iclasında deyib.

"Mən, Ermənistanla Azərbaycan arasında uzun illər davam edən fikir ayrılıqlarından sonra münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Hesab edirəm ki, biz hamımız belə düşünürük. Eyni zamanda, daha əvvəl dediyimiz kimi, Azərbaycanla Avrasiya İqtisadi Şurasında müşahidəçi olması üçün danışıqların aparılmasını mümkün hesab edirəm", - qurumun fəxri sədri bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nursultan-Nazarbayev  



Xəbər lenti