"Vaşinqton yeni qlobal ideoloji yarış axtarır" - Misirli ekspert

 "Vaşinqton yeni qlobal ideoloji yarış axtarır" -  Misirli ekspert
  10 Dekabr 2021    Oxunub:1007
ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn formatda keçirilən “Demokratiya sammiti” beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur. Xarici ekspertlər hesab edirlər ki, bu təşəbbüs əslində bölücülüyə, ABŞ-ın bir qütblü dünya nizam qurmasına xidmət edir.
AzVision.az xəbər verir ki, 9-10 dekabr tarixlərində keçirilən sammitə dünyanın Türkiyə, Rusiya, Misir, Səudiyyə Ərəbistanı, Çin, Azərbaycan və digər aparıcı dövlətləri dəvət olunmayıb. Hətta Avropa İttifaqı ölkələrindən də kənarda qalan var. Əvəzində Ermənistan kimi təcavüzkar ölkə, heç bir qanunun işləmədiyi Anqola, Nigeriya sammitə dəvət alıb.

Misirli ekspert Abdel-Moneim Səid hesab edir ki, iki düşərgə arasında yeni qlobal yarışa başlamaq üçün keçirilən iki günlük onlayn tədbir sırf Amerika təsnifatına əsaslanır.

"İdeologiyanın sonu, yəni bütün suallara cavab verməyə və onları necə idarə etməyə iddialı olan baxışlara söykənən ideyalar sistemi üçün dünyanın çox mürəkkəb olduğu barədə tez-tez səsləndirilən etiraflardan sonra belə sammitin keçirilməsi heyrət doğurur”, - Səid deyib.

Onun sözlərinə görə, Vaşinqtonun demokratiya nümayişi aydın şəkildə Çinə qarşı istifadə olunacaq ideoloji alət yaradılması məqsədini daşıyır.

"ABŞ-ın “mənəvi blokada”nı işə salmaq taktikasını, hazırda kənar məkandan daha çox, demokratik ölkələrin daxilində təhdidlərlə üzləşən qərb inkişaf modelinə Çinin alternativ təklifi inkar edir”, - ekspert vurğulayıb.

Onun fikrincə, dövlət quruculuğu Çinin strateji məqsədi olmaqda davam edir və Pekinin qlobal hərəkatı, xüsusilə “Kəmər və Yol” boyunca inkişafa yönəlib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Demokratiya-sammiti  



Xəbər lenti