Merkelin təqaüddə ilk günü

   Merkelin təqaüddə ilk günü
  10 Dekabr 2021    Oxunub:4143
Almaniya mediası eks-kansler, məşhur xanım siyasətçi Angela Merkelin təqaüdə çıxmasından sonra nə işlə məşğul olması barədə yazıb. AzVision.az xəbər verir ki, "Bild" nəşrində gedən məqaləyə görə Merkelin təqaüddə ilk günü yeni ofisinə getməsi ilə başlayıb.
- Merkel əvvəllər kanslerlik müddəti başa çatdıqdan sonra ilk işinin yatmaq olacağını bildirsə də, görünür, uzunmüddətli vərdişdən qurtulmaq o qədər də asan deyil. Artıq səhər saat 08.20-də o, Berlindəki mənzilindən çıxaraq "Unter den Linden" küçəsindəki yeni ofisinə yollanıb. Sonra keçmiş kansler mühafizəçinin müşayiəti ilə "Hit Ullrich" supermarketində alış-veriş edib. Maraqlıdır ki, mühafizəçisinin olmasına baxmayaraq, o, ərzaq arabasını özü daşıyırmış,-məqalədə yazılıb.

Angela Merkel vidalaşdı - VİDEO
Xatırladaq ki, media Merkelin kansler vəzifəsindən getdikdən sonra əvvəllər Helmut Kolun istifadə etdiyi və "Unter den Linden" küçəsində yerləşən ofisdə işləyəcəyini yazırdı.

Qeyd edək ki, sosial demokrat Olaf Şolz çərşənbə günü Almaniyanın yeni kansleri seçildi. Merkel 2005-ci ildən 16 il Almaniya kansleri vəzifəsində çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Merkel   Təqaüd   Almaniya  



Xəbər lenti