Ağ ev “demokratiya”ya nə qədər xərcləyəcək?

   Ağ ev “demokratiya”ya nə qədər xərcləyəcək?
  10 Dekabr 2021    Oxunub:712
ABŞ administrasiyası bütün dünyada müxtəlif demokratik təşəbbüslərin dəstəklənməsinə 424 milyon dollar ayrılmasına nail olmaq istəyir. Bunu ABŞ prezidenti Co Bayden “demokratiya uğrunda sammit”dəki çıxışında deyib.
AzVision.az xəbər verir ki, "demokratiya"nın təntənəsi üçün xərclənəcək vəsaitin miqdarı ilə bərabər, bu pulların məhz hansı məqsədlərə səfr olunacağını da açıqlayıb.

- ABŞ Konqresi ilə iş apararaq, KİV-lərin azadlığının, beynəlxalq korrupsiya ilə mübarizənin, demokratik islahatçıların dəstəklənməsi də daxil olmaqla, proqressiv texnologiyaların, demokratiyanın və təmiz seçkilərin təşviq edilməsi üçün şəffaf və cavabdeh səciyyəli idarəetmənin möhkəmləndirilməsinə gələn il düz 424 milyon dollar ayrılmasını planlaşdırırıq, - Co Bayden vurğulayıb.

Onun sözlərinə görə, ABŞ vətəndaş cəmiyyələrində, KİV-lərdə, akademik dairələrdə, həmkarlar komitələrində korrupsiyaya qarşı yönəlmiş tədbirlərin birləşdirilməsinə kömək göstərəcək yeni proqramlar işə salmağı, habelə məlumat ötürənləri qorumağı, tərəfdaşlarının çirkli pulların yuyulmasının qarşısını almağa kömək və onlar üçün təhlükəsiz yerlər təmin etməyi nəzərdə tutur.

Sadə dilə çevirəndə bu o deməkdir ki, ABŞ müxtəlif ölkələrdə daxili sabitliyi pozmağa çalışan əlaltılarına ianələrini əsirgəmiyəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti