Ermənistan sərhəd təxribatı zamanı itkilər verib

   Ermənistan sərhəd təxribatı zamanı itkilər verib
  10 Dekabr 2021    Oxunub:1347
Ermənistan ordusu Kəlbəcər rayonu istiqamətində itkilər verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məqalədə qeyd olunur ki, bir əsgər ölüb, bir neçə hərbçi isə yaralanıb.
Xatırladaq ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın sərhəddə yaratdığı təxribatın qarşısının alınması ilə bağlı məlumat yayıb. Erməni ordusu dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təxribat   Sərhəd   Ermənistan  



Xəbər lenti