Snouden Assancı siyasi məhbus adlandırıb

Snouden Assancı siyasi məhbus adlandırıb
  10 Dekabr 2021    Oxunub:882
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden bildirib ki, "WikiLeaks" saytının yaradıcısı Culian Assancın işində korrupsiya və prosessual sui-istifadə halları var.
"Culian Assanc Qərb dünyasında ən uzun müddət həbsdə olan siyasi məhbuslardan biridir. Ona qarşı qaldırılan işin hər bir səviyyəsi korrupsiya və prosessual sui-istifadə ilə doludur", - Snouden "Twitter"də yazıb.

Qeyd edək ki, London Ali Məhkəməsi Culian Assancın ekstradisiyası ilə bağlı müraciətini təmin edib.Bununla da iş Vestminster rayon məhkəməsinə qaytarılıb, Assanc isə həbsdə saxlanılaraq ABŞ-a ekstradisiya ediləcək.

Assancın nişanlısı Stella Morris London məhkəməsinin məlum qərarını "ədalət məhkəməsinin böyük səhvi" kimi qiymətləndirib.

AzVision.az


Teqlər:



Xəbər lenti