Berlində Heydər Əliyev anılıb
Bildirib ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyub və bununla da adını qızıl həriflərlə ölkəmizin tarixinə yazdırıb. Səfir çıxışında, həmçinin Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, beynəlxalq arenada nüfuzunun artması, habelə Azərbaycan diasporunun formalaşması istiqamətində göstərdiyi müstəsna fəaliyyətə toxunub.
Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub.
Tədbirdə Almaniyada təhsil alan gənc azərbaycanlı pianoçu Nərmin Nəcəflinin ifasında Ulu Öndərin xatirəsinə həsr edilən musiqi proqramı səsləndirilib və qəbul təşkil olunub.
AzVision.az
Teqlər: Berlin







Vaxtında, Aydın, Lazımlı!


