"İŞİD" Kabildəki iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

"İŞİD" Kabildəki iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
  11 Dekabr 2021    Oxunub:635
“İŞİD” terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə cümə günü baş verən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
AzVision.az xəbər verir ki, bu barədə “Tolo News” kanalı məlumat yayıb.

Bundan əvvəl, Kabildə iki partlayış nəticəsində azı iki nəfərin öldüyünü, daha dörd nəfərin yaralandığını açıqlanıb.

“İŞİD” Kabildəki dünənki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb", - kanalın tvitter səhifəsində qeyd edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  



Xəbər lenti