"Hərbçilərimiz Birgə Mərkəzdə qalıcı atəşkəs və sabitlik üçün çalışırlar" - Akar

   "Hərbçilərimiz Birgə Mərkəzdə qalıcı atəşkəs və sabitlik üçün çalışırlar" -    Akar
  11 Dekabr 2021    Oxunub:1196
"Türkiyə Qafqaz regionunda sabitliyə böyük əhəmiyyət verir. Biz, bu regionda da sülhün təmin olunması üçün böyük səylər göstəririk”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Azərbaycan 44 gün davam edən və qələbə ilə başa çatan “Bir Vətən” əməliyyatı ilə 30 illik işğala son qoydu.

“Daha sonra imzalanan atəşkəs razılaşması çərçivəsində yaradılan ortaq Mərkəzdə Rusiya və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti birgə fəaliyyət göstərir, atəşkəsin davamlı olması və sabitlik üçün çalışırlar. Hazırda Türkiyə Silahlı Qüvvələri “bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir arada olduğumuz Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və tədris fəaliyyətinə dəstək verir. İşğaldan azad edilmiş ərazilərdə birgə mina/EYP axtarış və məhvetmə fəaliyyətlərini davam etdirir. Bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı davalarında yanlarında olacağıq", - Akar bildirib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Hulusi-Akar  



Xəbər lenti