Fransa prezidentliyinə namizəd Ermənistana gəlir

Fransa prezidentliyinə namizəd Ermənistana gəlir
  11 Dekabr 2021    Oxunub:1312
Fransada prezidentliyə namizəd, yazıçı və jurnalist Erik Zemmur Ermənistana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Dekabrın 11-dən 14-dək Ermənistanda olacam. Erməni xalqı Fransanın çoxdankı dostudur”, - Zemmur qeyd edib.

O bildirib ki, məqsədi müharibədən sonra erməni xalqına dəstəyini bir daha nümayiş etdirməkdir.

Xatırladaq ki, fransız yazıçı noyabrın sonunda gələn ilin aprelində keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Zemmur özünü sağçı siyasi baxışların tərəfdarı kimi təqdim edir. O, immiqrasiya ilə bağlı sərt mövqeyi ilə tanınır, xüsusən, də remiqrasiyanın – miqrantların öz mənşə ölkələrinə məcburi qayıtmasının tərəfdarıdır. Belə ki, jurnalist Afrika qitəsindən olan tələbələr də daxil olmaqla iki milyon əcnəbini ölkədən çıxarmağa çağırıb. Fransa mətbuatı tez-tez Zemmuru qeyri-adi üslubuna və rəqiblərinə kəskin cavab vermək bacarığına görə "Fransanın Trampı" adlandırır.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Erik-Zemmur  



Xəbər lenti