Ermənistanda sərhəd təxribatına görə bir neçə hərbçi həbs edildi

   Ermənistanda    sərhəd təxribatına    görə bir neçə hərbçi həbs edildi
  11 Dekabr 2021    Oxunub:3218
Ermənistanda xeyli sayda hərbçi həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, istintaq bir qrup erməni hərbçini noyabrın 16-da Zəngəzurda baş vermiş silahlı toqquşma zamanı döyüş nizamnamələrini pozmaqda ittiham edərək həbs edib.

Ermənistanda hərbçi əsgərləri güllələyib, ölən və yaralılar var
- İstintaq Komitəsinin hesabatında deyilir ki, həmin gün saat 11:30-da Azərbaycan hərbçiləri ilə Zəngəzurda, Kilisalı-İşxanasardakı erməni silahlılarının 3 mövqeyinə döyüşlər gedib. Müdafiə postunun komandiri, baş və iki gözətçi döyüş nizamnamələrini, döyüş növbətçiliyi qaydalarını pozub.

Xüsusən də azərbaycanlıların yaxınlaşmasından xəbər tutan hərbçilər silahdan istifadə etmək səlahiyyətinə malik olaraq düşməni zərərsizləşdirmək və tərksilah etmək əvəzinə onlarla söhbət aparıblar. Azərbaycan əsgərləri də öz növbəsində mövqeləri, şəxsi heyəti ələ keçirməyə cəhd ediblər. Erməni hərbçiləri postunu tərk edərək qaçıblar, nəticədə qarşı tərəf yeni mövqeləri nəzarətə götürüb. Ermənistan Silahlı Qüvvələrinin 24 hərbçisi isə mühasirəyə alınaraq əsir götürülüb. Dekabrın 6-da müdafiə məntəqəsinin komandiri leytenant S.A, kiçik serjant A.A, patrulçular R.N. və A.M. saxlanılıb. Sonradan onlara qarşı ittiham irəli sürülüb və məhkəməyə həbs-qətimkan tədbiri seçməsi üçün müraciət edilib. Məhkəmə bu vəsatətləri təmin edib,-məqalədə yazılıb.

Saytlar yazır ki, açılan cinayət işi çərçivəsində yüksək rütbəli zabitə qarşı da oxşar ittihamlar irəli sürülüb. Məlum olub ki, tabor komandirinin tədris məsələləri üzrə müavini olan mayor N.E. batalyona həvalə olunmuş mövqeni tərk edibmiş. Artıq bu mayor da həbs edilib.

Xatırladaq ki, noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi növbəti təxribatlar zamanı hər iki tərəfdə itkilərə səbəb olan silahlı toqquşmalar baş vermişdi. Hərbi əməliyyatlara axşam saatlarında Rusiya tərəfinin vasitəçiliyindən sonra son qoyuldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs   Hərbçi  



Xəbər lenti