"Hökumətin məsləhətçiləri arasında ABŞ kəşfiyyatçısı olub" - Putin

"Hökumətin məsləhətçiləri arasında ABŞ kəşfiyyatçısı olub" -    Putin
  11 Dekabr 2021    Oxunub:1343
"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ən azı bir əməkdaşı 1990-cı illərin əvvəllərində Rusiya hökumətinin məsləhətçiləri arasında olub”.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu məsləhətçilər arasında, düşünürəm ki, ölkəsinin qanunlarına görə kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan MKİ-nin karyeralı zabiti var idi”, - Putin söyləyib.

Prezidentin sözlərinə görə, bununla bağlı iş ABŞ-da məhkəməyə çıxıb və məlum olub ki, bu adam MKİ-nin əməkdaşıdır.

Dekabrın 9-da Putin keçirdiyi görüşdə 90-cı illərdə Rusiya hökumətinin əməkdaşları arasında MKİ nümayəndələri ilə bağlı analoji misal çəkib. Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının işlərinə qarışmaq cəhdlərinin yalnız bir nümunəsidir. Prezident o zaman söyləyib ki, 2000-ci illərin əvvəllərində orada hamını təmizləmişdi.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  



Xəbər lenti