Saakaşvili psixitrop maddə qəbul edir?

   Saakaşvili psixitrop maddə qəbul edir?
  11 Dekabr 2021    Oxunub:1301
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətini psixiatr qiymətləndiriləcək. Bunu Gürcüstan Ombudsmanı yanında yaradılmış tibbi şuranın üzvü, həkim Qriqol Qriqoliya jurnalistlərə deyib.
"Bizdə məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac yaranıb. Çünki biz konkret araşdırma aparmalıyıq", - Qriqoliya keçmiş prezidenti ziyarət etdikdən sonra deyib.

Saakaşvilinin qohumları və dostları dəfələrlə sabiq dövlət başçısının depressiyaya düşdüyünü bildiriblər. Bundan əlavə, ona böyük dozada psixotrop iynələr vurulduğu bildirilir.

AzVision.az



Teqlər: Saakaşvili   Psixi-müayinə  



Xəbər lenti