Türkiyə dünyada ilk dəfə lazer silahlı PUA-nı sınaqdan keçirib

   Türkiyə dünyada ilk dəfə   lazer silahlı PUA-nı  sınaqdan keçirib
  11 Dekabr 2021    Oxunub:2832
Türkiyə istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı "Eren" dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb. AzVision.az xəbər verir ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.
TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmək qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3000 metrdir.

AzVision.az



Teqlər: Türkiyə   Lazer-dronu  



Xəbər lenti