Ərdoğan: “Sosial şəbəkələr yalan və dezinformasiyanı artırır”
"Əvvəlcə azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugün demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır. Bu problem ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyindən kənara çıxaraq təhlükəsizliyə qlobal təhdid miqyasına çatıb”, - Ərdoğan İstanbulda informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti dəqiq və qərəzsiz məlumat almaq hüququnu pozmadan vətəndaşları, xüsusən cəmiyyətin həssas təbəqələrini yalan və dezinformasiyadan qorumağa çalışır.
AzVision.az
Teqlər: Ərdoğan Sosial-media







Vaxtında, Aydın, Lazımlı!


