ABŞ dövlət katibinin köməkçisi Moskva və Kiyevə səfərə gedəcək

 ABŞ dövlət katibinin köməkçisi Moskva və Kiyevə səfərə gedəcək
  11 Dekabr 2021    Oxunub:1713
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid dekabrın 13-15-də Moskva və Kiyevə səfər edəcək, daha sonra məsləhətləşmələr üçün Brüsselə gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Görüşlərdə Ukrayna ətrafında gərginlik, regionda sülh və sabitliyin bərqərar olması, qarşılıqlı əlaqələrin qurulması müzakirə olunacaq.

Brüsseldə isə NATO müttəfiqləri və Avropa İttifaqı rəsmiləri ilə Ukraynadakı gərginliyin diplomatik həlli səyləri ilə bağlı məsləhətləşmələr aparılacaq.

AzVision.az



Teqlər: ABŞ   Moskva   Kiyev  



Xəbər lenti