Avropada pulsuz rominqin müddəti 10 il də uzadıldı
Qurumun mətbuata açıqlamasında göstərilir ki, “Aİ vətəndaşları ittifaqın digər ölkəsinə səfər edərkən zəng, mesaj və mobil internet xidmətindən istifadə zamanı mobil operatorların şok fakturası ilə üzləşməyəcəklər”.
Qeyd edək ki, rominqə görə xidmət haqqı 2017-ci ilin yayında 5 illik sınaq müddətinə ləğv edilmişdi. Bundan sonra Avropanın bütün mobil operatorlarının trafiki və gəlirləri artıb. Yeni qayda Aİ-yə üzv olan 27 ölkəni və əlavə olaraq Norveç və Lixtenşteyni əhatə edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


