Putin: "Rusiya 90-cı illərdə terrora məruz qalıb"

      Putin: "Rusiya 90-cı illərdə terrora məruz qalıb"
  12 Dekabr 2021    Oxunub:1441
"Rusiya 1990-cı illərdə daxili siyasi və sosial problemlərlə yanaşı, kənardan gələn terrorla da üzləşib". AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Əslində separatizm havadan yaranmayıb, bütün bunlar əsasən sovet dövrünün çətin irsi, xalqların köçürülməsi ilə bağlı idi... lakin xaricdən gələn dağıdıcı elementlər bundan istifadə edirdilər.

Şimali Qafqaz müxtəlif terror qrupları və Yaxın Şərqdən gələn terrorçularla dolduruldu" - Putin "Rossiya 1" kanalında "Rusiya. Yaxın tarix" filmində deyib.

“Ölkə daxili siyasi və iqtisadi problemlərlə yanaşı, beynəlxalq terrorizmin təcavüzü, faktiki olaraq vətəndaş müharibəsi ilə də üzləşib”, - o əlavə edib.

Şahanə Rəhimli




Teqlər:



Xəbər lenti