İsrailin baş naziri ilk dəfə BƏƏ-yə rəsmi səfər edəcək
Məlumata əsasən, baş nazir dekabrın 13-də Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək.
"Baş nazir Bennet Əbu-Dabinin vəliəhd şahzadəsinin dəvəti ilə bu gün BƏƏ-yə ilk rəsmi səfərinə yola düşəcək. Sabah baş nazirin Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü keçiriləcək", - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, liderlər İsrail və BƏƏ arasında əlaqələrin dərinləşdirilməsini, o cümlədən iki ölkə arasındakı münasibətlərdə rifahın və sabitliyin artmasına töhfə verəcək iqtisadi və regional məsələləri müzakirə edəcəklər.
Sənəddə vurğulanır ki, bu, İsrail baş nazirinin BƏƏ-yə tarixdə ilk rəsmi səfəridir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


