ABŞ-da qasırğa ən azı 80 nəfərin həyatına son qoyub

ABŞ-da qasırğa ən azı 80 nəfərin həyatına son qoyub
  12 Dekabr 2021    Oxunub:1253
ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir qasırğa nəticəsində ştatda azı 80 nəfərin öldüyünü bildirib.
"Aldığım hesabatlar əsasında sizə deyə bilərəm ki, Kentukki ştatının 80-dən çox sakinini itirmişik",- Beşir CNN-ə müsahibəsində deyib.

İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla Amerikanın bir sıra ştatlarını tornado və qasırğalar bürüyüb. Arkanzas ştatında baş verən fəlakət nəticəsində qocalar evində bir nəfər ölüb.

Tennessi ştatında 3 nəfər ölüb. Kentukki qubernatoru Endi Beşir bölgədə tornadodan ölənlərin sayının 100-ü keçəcəyini təxmin edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti