“Omikron”un əsas əlamətləri

   “Omikron”un əsas əlamətləri
  13 Dekabr 2021    Oxunub:1028
Cənubi Afrikada ortaya çıxan və digər ölkələrə yayılmağa başlayan koronavirusun “Omikron” variantının əsas əlamətləri ABŞ-da aparılan araşdırma ilə müəyyən edilib.
AzVision.az “Haber Global”a isitinadən xəbər verir ki, yeni variantın ən başlıca simptomları boğazda qaşınma hissi və onu müşayiət edən quru öskürəkdir.

Araşdırmaya görə, “Omikron” xəstələrinin 89 faizində boğaz ağrısı yox, məhz boğazda qaşınma və quru öskürək görülüb. Digər simptomlardan isə yorğunluq (65 faiz), burun tutulması və ya axması (59 faiz), təngnəfəslik (16 faiz), ishal (11 faiz), dad və qoxu itkisi (8 faiz) qeyd edilib.

AzVision.az


Teqlər: omikron  



Xəbər lenti