Bayden Kentukki ştatını təbii fəlakət zonası elan etdi
Bayden ötən şənbə qasırğaya görə ştatda fövqəladə vəziyyət elan edib.
Federal yardım fəlakət zonasında vətəndaşlara və biznesə dəstək, müvəqqəti mənzil üçün qrantların verilməsi, əmlak itkilərini kompensasiya etmək üçün aşağı faizli kreditləri əhatə edir.
Bundan əvvəl Kentukki qubernatoru Endi Beşir ştatda ölümcül tornado nəticəsində ölənlərin sayının 80-dən çox olduğunu və yüz nəfəri keçəcəyini bildirib.
Son 24 saat ərzində İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla, Amerikanın bir sıra ştatlarını tornado və qasırğalar vurub. Arkanzas ştatında qocalar evində baş verən təbii fəlakət nəticəsində azı bir nəfər, Tennessi ştatında 3 nəfər ölüb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


