- Gəlin görək, Ermənistanda yaşayan və ölkəmizi təmsil edən əclaflar kimlərdir. Onlar "Facebook" rəhbərliyinə rəsmi müraciətlər göndərərək Ermənistanda bu sosial şəbəkədən istifadə edənlərin bəzilərinin “arzuolunmaz” paylaşımlar etdiyini bildirirlər. Bu səbəbdən də səlahiyyətlilər həmin sosial şəbəkə istifadəçilərinin bloklanmasını tələb edirlər. Artıq məni Monte Melkonyan və Njde haqqında danışdığım üçün blokladılar. Bir ay da canlı yayım imkanından məhrum oldum.
Radikal paylaşımları, ölkə rəhbərliyini tənqidi ilə seçilən erməni jurnalist iddia edib ki, "Facebook"un onu qara siyahıya salması Ermənistan rəhbərliyindən gedən müraciətdən sonra baş verib. Hoxikyan terrorizmi təşviq etməsəydi, sosial şəbəkənin də belə addım atması üçün əlində sübutu olmazdı.
Qeyd edək ki, terrorist Monte Melkonyan və faşist Njde haqqında ən çox təbliğat işləri aparanlardan biri də Nairi Hoxikyandır. O baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid etməsi ilə də tanınır.
Tural Tağıyev
AzVision.az