İrəvanda avtobus sürücüləri tətil elan edib

İrəvanda avtobus sürücüləri tətil elan edib
  13 Dekabr 2021    Oxunub:694
İrəvanda avtobus sürücüləri tətil elan edib, onlar bu gün işə çıxmayıblar.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sürücülərin etirazına səbəb kimi gediş haqqının ödənilməsi üçün yeni sistemin tətbiqi göstərilir.

Paytaxt İrəvanda, xüsusən də Kanaker-Zeytun və Norkdakı dayanacaqlarda ictimai nəqliyyat sürücülərinin tətil etməsi nəticəsində işə gedə bilməyən xeyli insan toplaşıb.
Bunun fonunda taksi xidmətləri xidmətlərin qiymətlərini artırıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İrəvan   Tətil  



Xəbər lenti