Rusiyada partlayış törədən şəxs öldü - YENİLƏNİB
"Rəsmi məlumata görə, bunu pravoslav gimnaziyasının on səkkiz yaşlı məzunu edib. Partlayış nəticəsində bir nəfər - onu törədən şəxs ölüb. Allaha şükürlər olsun ki, digər qurbanlar yoxdur", - keşiş bildirib.
***
11:45
Rusiyanın Serpuxov şəhərindəki qadın monastırının ərazisində qurğunun partlaması nəticəsində yaralananların sayı 8 nəfərə çatıb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, yaralananların 7 nəfəri uşaqdır.
Məlumata görə, partlayışı 18 yaşlı məzun törədib. Son məlumata görə, o və daha 6 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, monastırın ərazisində yerləşən pravoslav gimnaziyası yaxınlığındakı 18 yaşlı məzun törədib. O, özü də yaralanıb.
***
10:41
Rusiyanın Serpuxov şəhərindəki qadın monastırının ərazisində naməlum qurğunun partlaması nəticəsində iki nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətinin nümayəndəsi deyib.
Qeyd olunub ki, xəsarət alanlardan biri 15 yaşlı yeniyetmədir.
“İlkin məlumata görə, Serpuxov qadın monastrının ərazisindəki pravoslav gimnaziyasının girişinin yaxınlığında naməlum şəxs partlayış törədib. Hadisə nəticəsində kişi özü, eləcə də yoldan keçən 15 yaşlı yeniyetmə xəsarət alıb.
Həmin şəxs xəstəxanaya yerləşdirilib və huşsuz vəziyyətdədir”, - məlumatda vurğulanıb.
Hadisə yerinə Moskva vilayətinin prokuroru Sergey Zabaturin və Serpuxov şəhər prokurorunun səlahiyyətlərini icra edən Valeri Kukuşkin gedib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


