Ermənistanda virusdan daha 17 nəfər öldü

Ermənistanda virusdan daha 17 nəfər öldü
  13 Dekabr 2021    Oxunub:769
Ermənistanda son sutka ərzində daha 66 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 342 604 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 819-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1477 nəfərdir. Aktiv xəstələrin sayı 7 476 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti