“3+3” regional münasibətlərə müsbət təsir göstərməlidir - Səfir
Rusiyalı diplomat bildirib ki, XİN-in bəyanatı bütün ölkələri narahat edən məsələləri müzakirə etmək imkanı kimi Rusiyanın bu regional formata münasibətini kifayət qədər aydın şəkildə əks etdirir.
“Biz, bu formatın əlavə dəyərini dialoq üçün imkan yaratmaqda, regionun bütün ölkələri üçün maraq doğuran məsələlər üzrə fikir mübadiləsində görürük. Yəni, format onların arasında münasibətlərə əlavə müsbət töhfələr verməlidir”, - səfir bildirib.
Diplomat əlavə edib ki, bu format həm də Ermənistan-Rusiya əməkdaşlığının başqa istiqaməti və platformasıdır.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, görüş iştirakçıları platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək barədə razılığa gəliblər. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Dekabrın 10-da Moskvada Cənubi Qafqazda nizamlanma üzrə “3+3” regional platformasının ilk iclası keçirilib. İclasda Ermənistan, Rusiya, İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Beş ölkənin nümayəndələri Gürcüstanın platformasının işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Sergey-Kopırkin 3+3







Vaxtında, Aydın, Lazımlı!


