Bakıda Sakit Okean Alyansının ofisi açılıb

   Bakıda Sakit Okean Alyansının ofisi açılıb
  13 Dekabr 2021    Oxunub:821
Bakıda Sakit Okean Alyansının (Pacific Alliance) ofisinin açılış mərasimi olub.
AzVision.az xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatın üzv ölkələri Kolumbiya, Meksika, Çili səfirləri, həmçinin xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak ediblər.

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas bildirib ki, təşkilat regional inteqrasiya, habelə turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir. O, həmçinin ofisin açılmasının Azərbaycanla alyansa üzv ölkələri arasında münasibətləri daha da inkişaf etdirəcəyini söyləyib.

Qeyd edək ki, Alyans Latın Amerikasının 4 ölkəsindən – Çili, Kolumbiya, Meksika və Perudan ibarət regional inteqrasiya təşəbbüsüdür. Alyans Asiya-Sakit okean regionuna diqqət yetirərək, dünyaya baxış və iqtisadi, ticari ifadələrinin platforması kimi fəaliyyət göstərir. Tez bir zamanda, əmlak, xidmət, kapital və insanların sərbəst dövriyyəsinin mütərəqqi inkişafı vasitəsilə Amerika kontinentlərdə regional əməkdaşlığın yeni bir formasının əsasına çevrilib.

Sakit okean Alyansının 2019-cu ildən etibarən Azərbaycan da daxil olmaqla, 59 müşahidəçi üzvü var. Bu mexanizmin əhəmiyyəti üzv ölkələr və regionları ilə ticari əlaqələrini gücləndirmək istəyən vacib beynəlxalq iştirakçılar tərəfindən tanınır.

Birlikdə 210 milyon nəfər əhaliyə və dünya miqyasında 8-ci yerdə olan ÜDM-yə malik bu ölkələr malların, xidmətlərin, kapitalın və insanların tam inteqrasiyası məqsədilə bir araya gəlib


Pərvanə Sultanova
AzVision.az


Teqlər: PacificAlliance  





Xəbər lenti