Lukaşenko Avropaya qaz tranzitini kəsməklə hədələyib

Lukaşenko Avropaya qaz tranzitini kəsməklə hədələyib
  13 Dekabr 2021    Oxunub:968
"Qərbin sanksiyaları Minski fövqəladə vəziyyətə salsa, Avropaya qaz tranzitini kəsə bilərik".
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə ölkənin cavab vermək üçün başqa yolu qalmayacaq: "Əgər onların tətbiq etdiyi və ya gələcəkdə tətbiq edəcəyi sanksiyalar bizi fövqəladə vəziyyətə salsa, bu sanksiyalarına başqa tədbirlərlə cavab vermək üçün çıxış yolumuz yoxdursa, biz bu sərt tədbirdən istifadə edəcəyik”, - Lukaşenko söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Aleksandr-Lukaşenko  



Xəbər lenti