Türkiyədə "Omicron"a ilk yoluxma halı aşkarlanıb

   Türkiyədə    "Omicron"a ilk yoluxma halı aşkarlanıb
  13 Dekabr 2021    Oxunub:1728
Türkiyədə koronavirusun "Omicron" ştammına yoluxma halları aşkarlanıb. AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
"Omicron"a yoluxan bir nəfər İstanbulda, beş nəfər isə İzmirdə nəzarətə götürülüb.

- Həmin altı nəfər xəstəxanaya yerləşdirilməyib. Xəstəlik yüngül keçir, xəstələr isə ambulator nəzarətdədir, - Koca bildirib.

Eyni zamanda, o, vətəndaşları müəyyən edilmiş bütün epidemioloji tələblərə və məhdudiyyətlərə əməl etməyə çağırıb.

Qeyd edək ki, son sutka ərzində Türkiyədə 18 minə yaxın yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər ölüb, 22 648 nəfər isə müalicə olunaraq sağalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   Ştamm  



Xəbər lenti