Fransanın sabiq daxili işlər naziri həbs edilib

Fransanın sabiq daxili işlər naziri həbs edilib
  13 Dekabr 2021    Oxunub:1241
Nikola Sarkozinin prezidentliyi dövründə Fransanın daxili işlər naziri olmuş Klod Qean 2017-ci ilin məhkəmə hökmündən sonra bu gün həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.

Sabiq nazir cəzasını Parisin 14-cü bölgəsindəki Santa həbsxanasında çəkəcək.

Qeyd edək ki, 2017-ci ildə Paris Apellyasiya Məhkəməsi Qeanı iki il müddətinə həbs cəzasına məhkum etmişdi, 2019-cu ildə Kassasiya Məhkəməsi onun bu qərardan şikayətini rədd edib.

Qeana qarşı iş 2000-ci illərin əvvəllərinə aiddir. Həmin vaxt Nikola Sarkozi daxili işlər naziri, Qean isə onun kabinetinin rəhbəri idi. Məlumata görə, o zaman Sarkozi kabinetinin bir neçə üzvü hər ay özlərinə nağd şəkildə pul mükafatlarları yazıblar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti