"Üçtərəfli əməkdaşlıq üzrə müsbət addımlar atılıb" – Rəisi
Söhbət zamanı vurğulanıb ki, Türkmənistan, İran və Azərbaycan arasında qazla bağlı əməkdaşlıq və qaz svopu üzrə müsbət addımlar atılıb.
Rəisinin sözlərinə görə, İran və Türkmənistan arasında nəqliyyat və məhsul tranziti sahəsində birgə əməkdaşlıq davam etdirilir. İki dövlətin səyi ilə bu sahədə mövcud olan bəzi maneələr aradan qaldırıla bilər.
Prezident Berdiməhəmmədov da Azərbaycan və Türkmənistan arasında İran üzərində qaz svopu müqaviləsini əhəmiyyətli müqavilə adlandırıb və bu sahədə üç ölkə arasında birgə əməkdaşlıq komissiyasının yaradılmasını istəyib. O bildirib ki, Aşqabad İran və Türkmənistan arasında ikitərəfli münasibətlərin, eləcə də ticarət və səhiyyə sahəsində əlaqələrin inkişaf etdirilməsini dəstəkləyir.
Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacağı və gündəlik 5-6 milyon kubmetr qazın nəqli gözlənilir.
AzVision.az
Teqlər: Iran







Vaxtında, Aydın, Lazımlı!


