Azərbaycan Cenevrədə ilk hesabatını verir

Azərbaycan Cenevrədə ilk hesabatını verir
  02 Aprel 2014    Oxunub:1086
BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirilən sessiyasında Azərbaycan hökumətinin ilk hesabatı dinlənilir.

AzVision.az xəbər verir ki, 31 mart-11 aprel tarixlərində keçirilən sessiyada Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov iştirak edir.

Komitədə Azərbaycan hökumətinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdaifəsi haqqında Konvensiya” üzrə öhdəliklərinin təmin olunması barədə ilk hesabatı ilə bağlı Azərbaycanın rəsmi nümayəndə heyətinin hesabatını dinləyərək və müzakirə edərək hökumətə ümümi xarakterli qeyd şərtlər təqdim ediləcək.

Sənəddə Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi istiqamətinə hökumətə tövsiyyələr təqdim ediləcək. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası komitəyə hesabat təqdim edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti