Lavrov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib

Lavrov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
  13 Dekabr 2021    Oxunub:1030
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, əsas diqqət noyabrın 29-da Vyanada bərpa edilmiş danışıqlar prosesi kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında mövcud vəziyyətə yönəldilib.

Tərəflər nüvə sazişinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş ilkin balanslaşdırılmış konfiqurasiyasında bərpa edilməsinə dair qarşılıqlı öhdəliklərini təsdiqləyiblər Nazirlər həm ikitərəfli münasibətləri, həm də beynəlxalq və regional məsələləri müzakirə ediblər. Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Lavrov   XİN   İran  



Xəbər lenti