Ermənistan Türkiyə ilə dialoq üzrə xüsusi nümayəndə təyin edəcək

   Ermənistan Türkiyə ilə dialoq üzrə xüsusi nümayəndə təyin edəcək
  14 Dekabr 2021    Oxunub:1093
"Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır. Bu, hökumətin proqramında da təsbit olunub".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan deyib.

“Bu baxımdan, Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndiririk. Biz təsdiq edirik ki, Ermənistan tərəfi də dialoq üçün xüsusi nümayəndə təyin edəcək”, - Unanyan bildirib.

Xatırladaq ki, dünən xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edəcəklər, həmçinin ölkələr arasında çarter reysləri də açılacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti