Pakistan ordusunun əsgəri terror aktı nəticəsində həlak olub
Bildirilir ki, bir qrup silahlı ekstremist tərəfindən nəzarət-buraxılış məntəqəsi atəşə tutulub. Atışma zamanı bir əsgər həlak olub, terrorçular itki verərək geri çəkiliblər.
Noyabr ayında Bəlucistanda hücumlar zamanı Pakistan ordusunun azı 3 əsgəri həlak olub, 7-si yaralanıb.
Xatırladaq ki, son aylar Pakistan hökumətinin ölkənin mərkəzləşdirilməsini gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə qarşı çıxan millətçi və separatçı qrupların fəallaşması səbəbindən əyalətdə vəziyyət gərginləşib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Pakistan







Vaxtında, Aydın, Lazımlı!


