"Bax buna görə erməni xalqı rusları sevir"- Torosyan
Belə tənqidi çıxışlardan birini analitik Toros Aleksanyan edib. O prosesləri şərh edərkən deyib ki, Moskva təkcə müharibə dövründə tərəf tutmamasıyla deyil, indiyə kimi Bakıya xeyli sayda silah satmasıyla da diqqət çəkdi.
- Son illərdə Azərbaycanı silahla 60 faiz Rusiya, 28 faiz İsrail, 7 faiz Belarus, 3 faiz isə Türkiyə təmin edib. Silahların çox cüzi bir hissəsi Qazaxıstan, Ukrayna və digər iki ölkədən alınıb. Bax buna görə erməni xalqı rusları sevir və onlara heyranlığını gizlətmir... Xalqımızda formalaşmış stereotipə görə, Ukrayna Bakıya külli miqdarda silah-sursat verirmiş və hələ də azərbaycanlıları silahlandırır. Özü də həddindən artıq silah verir. O, Azərbaycana “xilaskarımız və dostumuz” Rusiyanın bizə verdiyindən 100 dəfə güzəştli silah satır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Silah Ermənistan Rusiya







Vaxtında, Aydın, Lazımlı!


