Mahir Emreli "Legiya"dan ayrılmaq istəyir
Onun müqaviləni ləğv etmək variantını ciddi şəkildə düşündüyü bildirilir. Hətta millimizin üzvünün bununla bağlı vəkillərlə əlaqə saxladığı vurğulanıb.
Qeyd edək ki, tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanan Emreliyə həkimlər 2 günlük istirahət tövsiyə edib. Buna görə onun "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.
Xatırladaq ki, azarkeşlər "Visla" ilə oyundan sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
AzVision.az
Teqlər: